Sumqayıt polisinə yeni rəis müavini təyin olunub

Sumqayıt polisinə yeni rəis müavini təyin olunub Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Hadisə
4 noyabr 2019 12:45
Sumqayıt polisinə yeni rəis müavini təyin olunub

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

"Report" xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə polis polkovniki Əsgərov Nəzər Xanış oğlu Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Əsgərov 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərancamla "Vətən uğrunda" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi