Sumqayıt polisi avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb
- 15 noyabr, 2018
- 07:07
Sumqayıt. 15 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, şəhərin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.
Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.
Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.