Yuxarı

Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb

İzahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar

Bakı. 10 iyun. REPORT.AZ/ Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan iki azyaşlı saxlanılıb.

Onlar izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi