Siyəzəndə yük maşını aşdı, ölən var

Siyəzəndə yük maşını aşdı, ölən var Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə
864
3 Dekabr , 2020 21:12
Siyəzəndə yük maşını aşdı, ölən var

Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi