Siyəzəndə traktorda meyit tapılıb

Siyəzəndə traktorda meyit tapılıb Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.
Hadisə
12 Noyabr , 2022 20:10
Siyəzəndə traktorda meyit tapılıb

Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.

Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.

Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi