Siyəzəndə saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb

Siyəzəndə saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb Bakı. 26 mart. REPORT.AZ/ Siyəzən rayonunda saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb.
Hadisə
26 Mart , 2018 13:22
Siyəzəndə saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb

Bakı. 26 mart. REPORT.AZ/ Siyəzən rayonunda saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib. 

R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.  

Son xəbərlər

Orphus sistemi