Yuxarı

​Siyəzəndə iki yük maşını toqquşub, 24 yaşlı sürücü ölüb

Meyit xilasedicilər tərəfindən avtomobildən çıxarılıb

Bakı. 15 mart. REPORT.AZ/ Siyəzən rayonunda iki "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza nəticəsində yük avtomobilinin birinin sürücüsü, 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat edib.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi