Siyəzəndə hamilə qadın bıçaqlanıb

Siyəzəndə hamilə qadın bıçaqlanıb Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır
Hadisə
18 Oktyabr , 2016 18:57
Siyəzəndə hamilə qadın bıçaqlanıb

Siyəzən. 18 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

"Report"un Şimal müxbirinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi