Siyəzəndə evdən 3 500 manatlıq oğurluq edildi

Hadisə
  • 16 mart, 2020
  • 08:19
Siyəzəndə evdən 3 500 manatlıq oğurluq edildi
shutterstock

Siyəzəndə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cari ilin mart ayının 9-da rayonda yerləşən evlərin birindən 3 500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev tutulub.

Dindirilmə zamanı Ə.Fərzəliyev törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.