Siyəzəndə 16 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 14 iyun, 2022
  • 01:52
Siyəzəndə 16 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Siyəzəndə 16 yaşlı gənci avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Əkbərli Mehdi Elvin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb, sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.