Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb - YENİLƏNİB-2

Hadisə
  • 11 fevral, 2019
  • 11:51
Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb - YENİLƏNİB-2

Siyəzən. 11 fevral. REPORT.AZ/ Siyəzən rayonunda həmyerlisini odlu silahla qətlə yetirən şəxs saxlanılılb.

"Report"un yerli bürosu xəbər verir ki, Siyəzən rayon sakinləri - Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


*** 14:02

Siyəzən. 11 fevral. REPORT.AZ/ Siyəzən rayonunda silahlı insident nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qətrlə yetirilən şəxs rayon sakini, Elşən qədirlidir. 

Onun kim tərəfindən qətlə yetirldiyi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 


*** 12:41

Siyəzən. 11 fevral. REPORT.AZ/ Siyəzən rayonunda qətl hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Qarasiyəzən yaşayış massivində silahlı insident qeydə alınıb.

Belə, odlu silahdan açılan aətş nəticəsində 1 nəfər ölüb.

Hadisəsinin kim tərəfindən törədildiyi və ya hansı zəmində baş verdiyi hələlik məlum deyil.

Əlavə məlumat veriləcək.