Şirvandakı yanğında azyaşlı 2 qardaş tüstüdən boğuldu

Hadisə
  • 30 avqust, 2020
  • 05:18
Şirvandakı yanğında azyaşlı 2 qardaş tüstüdən boğuldu

Şirvanda yanğın hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvan şəhər Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yataqxanada qeydə alınıb.

Belə ki, yataxananın 3-cü mərtəbəsində anidən yanğın başlayıb. Hadisə yerinə gələn FHN-nin Şirvan yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğını söndürülməklə yanaşı, binada yaşayan sakinləri təhlükəsiz əraziyə təxliyyə edilib. Hadisə zamanı mənzil sahibi Pünhan Vəliyevin iki azyaşlı övladı - 2015-ci il təvəllüdlü Eldar və 2018-ci il təvəllüdlü Araz Vəliyev qardaşları tüstüdən zəhərlənib. 

Onlar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.  

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti