Şirvanda yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Şirvanda yol qəzası baş verib, ölən var - YENİLƏNİB Şirvan şəhərində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Aprel , 2019 00:35
Şirvanda yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Şirvan şəhərində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 23:41

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi