Şirvanda mikroavtobus 32 yaşlı piyadanı vuraraq öldürdü

Şirvanda mikroavtobus 32 yaşlı piyadanı vuraraq öldürdü Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
21 Mart , 2021 08:37
Şirvanda mikroavtobus 32 yaşlı piyadanı vuraraq öldürdü

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlu yolu keçmək istəyən zaman onu mikroavtobus vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi