Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb

Hadisə
  • 27 mart, 2018
  • 15:21
Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb

Şirvan. 27 mart. REPORT.AZ/ Şirvan şəhərində ikigünlük körpə qız küçəyə atılıb.

“Report”un Aran bürosu xəbər verir ki, martın 25-də doğulmuş körpə küçədə tapılıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib. Şöbədən verilən məlumata görə, körpənin çəkisi  3 kiloqramdır və səhhəti qənaətbəxşdir. Onun kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.