Şirvanda iki sakin bıçaqlandı

Hadisə
  • 17 mart, 2020
  • 08:24
Şirvanda iki sakin bıçaqlandı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Şirvan şəhəri, Xaqani küçəsində yaşayan, 1997-ci il təvəllüdlü Ədalət Novruz oğlu Qəribov və 20 Yanvar küsəsinin sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Əlifağa oğlu Əhmədov bədənlərinin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bıçaqlanma hadisəsinin hansı şəraitdə və necə baş verdiyi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

44 filmi