Şirvanda əvvəllər üç dəfə məhkum olunan şəxsin üzərindən narkotik aşkarlanıb

Şirvanda əvvəllər üç dəfə məhkum olunan şəxsin üzərindən narkotik aşkarlanıb Şirvan. 2 yanvar. REPORT.AZ/ Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib. 
Hadisə
2 Yanvar , 2018 16:59
Şirvanda əvvəllər üç dəfə məhkum olunan şəxsin üzərindən narkotik aşkarlanıb

Şirvan. 2 yanvar. REPORT.AZ/ Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosuna verilən məlumata görə, polisin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin, ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi