Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib Şirvan şəhərində bir ailənin üzvləri dəm qazından zəhərlənib.
Hadisə
30 Dekabr , 2021 22:24
Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Şirvan şəhərində bir ailənin üzvləri dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri T. İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi