Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 18 yanvar, 2019
  • 20:21
Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Şirvan. 19 yanvar. REPORT.AZ/ Şirvan şəhərində baş vermiş ağır yol nqəliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada ölüb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.


*** 23:11

Şirvan. 18 yanvar. REPORT.AZ/ Şirvan şəhərində ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yarlılar təcili tibbi yardım maşını ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.