Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var

Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Oktyabr , 2022 22:32
Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var

Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında “Mercedes” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Azadkənd kənd sakini, 1955-ci il təvəllüdlü Süleymanov Vaqif İsa oğlu və daha bir nəfər xəsarət alıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər xəsarəti yüngül olduğundan, ilk tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. V.Süleymanov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi