Şirvanda 71 yaşlı qadını avtomobil vurub

Şirvanda 71 yaşlı qadını avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Yanvar , 2017 19:05
Şirvanda 71 yaşlı qadını avtomobil vurub

Şirvan. 26 yanvar. REPORT. AZ/ Şirvan şəhərində piyada qadını avtomobil vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin Energetika küçəsində yaşayan 71 yaşlı Solmaz Murad qızı Seyfullayeva yolu keçmək istəyərkən minik avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını həmin avtomobilin sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada qadına ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi