Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb

Hadisə
  • 21 noyabr, 2018
  • 05:58
Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb

Şirvan. 21 noyabr. REPORT.AZ/ Şirvan şəhər sakini özünü bıçaqlayıb.

“Report” Mil-Muğan bürosunun məlumatına görə, 1950-ci il təvəllüdlü Məmmədov Aydın Bulud oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib. 

Ağır xəsarət alan yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.