Şirvanda 53 yaşlı kişi dəm qazından boğuldu

Şirvanda 53 yaşlı kişi dəm qazından boğuldu Şirvanda dəm qazından boğulma hadisəsi baş verib.
Hadisə
1056
28 Noyabr , 2020 23:28
Şirvanda 53 yaşlı kişi dəm qazından boğuldu

Şirvanda dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi