Yuxarı

Şirvanda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO

Şirvanda 20 Yanvar faciəsinin qurbanları yad edilib

Qanlı 20 Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi, Şirvan sakinlərinin də yaddaşına hüzn və matəm günü kimi həkk olunub. Şirvanlılar rus-erməni hərbi birləşmələrinin 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə xaincəsinə Bakıda törətdikləri vəhşilikləri zaman keçsə də, unutmurlar.

"Report"un Aran bürosu xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyularaq şəhidlərin ruhuna dualar oxunub.

Ziyalılar, müharibə və əmək veteranları mərasimdə çıxış edərək Bakıda, respublikanın ayrı-ayrı bölgələrində günahsız insanları qanına qəltan edən rus-erməni hərbi birləşmələrinin vəhşiliklərindən danışıb, onların bu əməllərini pisləyiblər.

Saat 12:00-da Şirvanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi