Şirkət Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib

Hadisə
  • 25 oktyabr, 2017
  • 06:05
Şirkət Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Enerjiquraşdırma-F" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qeyri-yaşayış sahəsi üzrə tələb irəli sürüb.

Hazırda məhkəmədə MMC-nin iddiasına baxılır. Növbəti məhkəmə iclası dekabrın 19-na təyin edilib.

44 filmi