Siqaret istədikləri adamı soydular - MƏHKƏMƏ

Hadisə
  • 09 iyun, 2020
  • 09:21
Siqaret istədikləri adamı soydular - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Nəsimi rayonunun Moskva prospektində baş verib.

Əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Qasım Əliyev, Kamran PirquliyevQərib Abdalov gecə saatlarında tanımadıqları şəxsə yaxınlaşıb ondan siqaret istəyiblər. Daha sonra isə onu qaranlıq yerə apararaq boğmağa cəhd ediblər.

Zərərçəkmiş Elnur Niftullayev polisə bildirib ki, onlar quldurluq yolu ilə 500 manat dəyərində mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər.

Polisin keçirdiyi əməliyyatla saxlanılan hər üç şəxs ifadələrində hadisəni törətdiklərini etiraf ediblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti