Sinqapurda hərbi helikopter qəzaya uğrayıb, 6 nəfər həlak olub

Hadisə
  • 15 mart, 2018
  • 10:06
Sinqapurda hərbi helikopter qəzaya uğrayıb, 6 nəfər həlak olub

Bakı. 15 mart. REPORT.AZ/ Sinqapurda hərbi helikopter qəzaya uğrayıb. 

"Report"un məlumatına görə, bu barədə hökumətin baş katibi Seydu Gueye bildirib.

Onun sözlərinə görə, hadisə Seneqalın cənub-qərbində, Fatik bölgəsindəki Missirah kəndi yaxınlığında baş verib. 

Hadisə nəticəsində hərbi helikopterdə 6 nəfər ölüb. 

Qalan sərnişinlərdən 14 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. 

44 filmi