Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb

Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb "Afterşoklar zəlzələ ocağında sönmə prosesi tam başa çatana qədər davam edəcək"
Hadisə
17 Noyabr , 2017 10:28
Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Ağdamdakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qeydə alınan afterşokların ikisinin maqnitudası 3 baldan yuxarı olub: "Afterşoklar zəlzələ ocağında sönmə prosesi tam başa çatana qədər davam edəcək. Hiss olunan təkanlar da müşahidə oluna bilər".

Qurumun sözçüsü vurğulayıb ki, zəlzələdən dərhal sonra Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə ezam olunublar: "Hazırda əməkdaşlarımız Ağdamdakı seysmik stansiyamızın ərazisindədirlər. Zəlzələnin episentri həmin stansiyanın ərazisində yerləşir. Əməkdaşlarımız həmin bölgədə gedən təbii prosesləri izləmək üçün müşahidələr aparırlar. Ərazidə stasionar stansiyalar qurulub. Onlar da monitorinqi davam etdirirlər. Həm Ağdam, həm də Bərdədə müşahidələr aparılır".

V.Rafiqqızı qeyd edib ki, noyabrın 16-da saat 20:43:42-də Bərdədən 8 km cənub-qərbdə yenidən zəlzələ qeydə alınıb: "Zəlzələ episentrdə 3 bala qədər hiss olunub".

Son xəbərlər

Orphus sistemi