Sərxoş azərbaycanlı Orenburq-Moskva aviareysindən endirilib

Sərxoş azərbaycanlı Orenburq-Moskva aviareysindən endirilib Martın 11-də Orenburq hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.
Hadisə
12 Mart , 2019 08:39
Sərxoş azərbaycanlı Orenburq-Moskva aviareysindən endirilib

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "İnstagram" səhifəsində yazıb.

Vilayət mərkəzinin sabiq merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edir", - deyə deputat bildirib.

İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb.

Son xəbərlər

Orphus sistemi