Şərurda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Şərurda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə
27 Yanvar , 2023 19:34
Şərurda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonundan keçən hissəsində baş verib.

“Mercedes” markalı 67-BD-662 dövlət nömrə nişanlı avtomobil “KİA” markalı 68-BX-573 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hər iki avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi