Şərurda restoran yanıb - VİDEO

Hadisə
  • 21 oktyabr, 2023
  • 06:20
Şərurda restoran yanıb - VİDEO

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində restoran yanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərməyən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.