Şərif Əsədullayev: "Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib"

Şərif Əsədullayev: "Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib" "Artıq Azərbaycan öyrənən yox, öyrədən ölkə kimi təqdim edilir"
Hadisə
30 İyul , 2016 14:07
Şərif Əsədullayev: Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib

Bakı. 30 iyul. REPORT.AZ/ "Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev Ümumdünya İnsan Alverinə qarşı Mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ dövlət departamentinin hesabatlarında Azərbaycanın adı daha "mənbə ölkə" kimi göstərilmir: "Azərbaycanda bu məsələ ilə bağlı mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir".

Ş.Əsədullayev xatırladıb ki, ölkədə 2008-2009, 2009-2014, 2014-2018-ci illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb: "Bu səbəbdən ABŞ dövlət departamentinin, Avropa Şurasının "GRETA" təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizə yüksək qiymətləndirilib. Orada artıq Azərbaycan öyrənən yox, öyrədən ölkə kimi təqdim edilir".

Son xəbərlər

Orphus sistemi