Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşınının "VAZ-2106" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Elçin İbrahimov ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.