Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, 5 tona yaxın kartof yola dağılıb
Hadisə
- 18 yanvar, 2017
- 15:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir. 18 . Yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 386-cı kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Ağcəbədi rayon sakini, 1968-ci il təvəllüdlü Cabir Mövsümovun idarə etdiyi "QAZ-53" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da, avtomobilin yük yerində olan 5 tona yaxın kartof yola dağılıb. Avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.
Məlumata görə, C Mövsümov kartofu Bakı şəhərinə aparırmış.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:27
Tramp və Si Cinpin Şençjendə iki saatlıq danışıqları başa çatdırıblar - Yenilənib
Digər ölkələr
10:26
Rəsmi Bakı Monakonu Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
10:24
Azərbaycanda cari ilin 10 ayında əmək müqavilələrinin sayı 59 min artıb
Sosial müdafiə
10:20
Foto
Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib
Daxili siyasət
10:15
İlqar Musayev: "Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatlarından biridir"
İKT
10:13
Foto
Sofiyada Azərbaycan və Bolqarıstan hərbçiləri arasında işçi görüşü keçirilib
Hərbi
10:08
Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
Digər
10:08
Bakıda bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Hadisə
10:04
Marşal Adaları FIFA-ya üzv olmaq istəyir
Futbol