Şəmkirdə yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB
- 26 sentyabr, 2018
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir. 26 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləlri Abdul Ələkbərovun idarə etdiyi “VAZ-21099” və Mehdi Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Nağıyev orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***11:38
Şəmkir. 26 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, “VAZ-21099” markalı avtomobillə “VAZ-2106” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürcüsü ağır bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanlıb.