Şəmkirdə yol qəzasına düşən qadın xəstəxanada ölüb - YENİLƏNİB
- 29 noyabr, 2018
- 08:57
Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Xanım Məmmədova ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, X.Məmmədovanın vəziyyəti ağır olduğu üçün həkimlər tərəfindən dərhal əməliyyat edilib: "Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb"
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
*** 9:51
Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində iki avtomobilin toqquşması ilə qeydə alınıb.
Belə ki, Şəmkir rayopn sakinləri İkram Məmmədovun idarə etdiyi “Pejo” və Maarif Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində hər iki sürcü və "Pejo"da olan sərnişin, sürcüünü arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimbriqadası cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.