Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 29 iyul, 2019
  • 12:07
Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun  rayon ərazisindən keçən hissəsində  qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.