Şəmkirdə sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutulub

Şəmkirdə sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutulub Eşqin Murtuzov "Sınıq Körpü" Gömrük Məntəqəsində saxlanılıb
Hadisə
22 Yanvar , 2017 14:38
Şəmkirdə sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutulub

Şəmkir. 22 yanvar. REPORT.AZ/ Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomaşınını qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Şəmkir rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi