Şəmkirdə sürücü sükan arxasında ölüb - YENİLƏNİB

Şəmkirdə sürücü sükan arxasında ölüb - YENİLƏNİB Şəmkir. 12 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yük maşınında meyiti tapılan şəxsin zəhərlənərək öldüyü məlum olub.
Hadisə
12 Yanvar , 2018 22:14
Şəmkirdə sürücü sükan arxasında ölüb - YENİLƏNİB

Şəmkir. 12 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yük maşınında meyiti tapılan şəxsin zəhərlənərək öldüyü məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "KamAz" markalı maşının sürücüsü, 1967-ci il təvəllüdlü İsmayıl Hidayət oğlu Kəlbiyevin sükan arxasında meyiti aşkarlanıb. Meyit müayinə olunduqdan sonra onun qida zəhərlənməsindən ölməsi məlum olub. 


***21:38

Şəmkir. 12 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi