Şəmkir. 6 mart. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük maşını "VAZ-2107" markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, yük maşını "VAZ-2107"nin üzərindən keçib. Deformasiyaya uğrayan avtomobildə bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.