Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub

Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub Şəmkir. 15 mart. REPORT.AZ/ Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sürücünün kimliyi məlum olub.
Hadisə
15 Mart , 2018 20:55
Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub
Report

Şəmkir. 15 mart. REPORT.AZ/ Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sürücünün kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şəmkir-Gədəbəy yolunda avtomobilini aşıran şəxs Şəmkir rayon Yenigün kənd sakini, 1990-cı il təvəllüdlü Amil Vahid oğlu Aslanovdur.

Yaralı qəzanın şahidləri tərəfindən avtomobildən çıxarılaraq şəxsi maşınla xəstəxanaya aparılarkən yolda hadisə yerinə çağrılan təcili yardım maşınına təhvil verilib. Bundan sonra A.Aslanov Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıya ilkin yardım göstərilərək evə buraxılıb.

İlkin məlumatlara görə, sürücü sərxoş halda avtomobilini idarə edib. Avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi