Şəmkirdə 2 əmioğlu bıçaqlanıb, biri ölüb, digərinin vəziyyəti ağırdır

Şəmkirdə 2 əmioğlu bıçaqlanıb, biri ölüb, digərinin vəziyyəti ağırdır Şəmkir rayonundaqətl hadisəsi baş verib.
Hadisə
27 İyul , 2020 09:39
Şəmkirdə 2 əmioğlu bıçaqlanıb, biri ölüb, digərinin vəziyyəti ağırdır

Şəmkirdə 1 nəfəri qətlə yetirən və daha 1 nəfəri isə ağır yaralayan şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon Sabir kənd sakinləri olan, Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanaraq ağır xəsarət alıblar.

R.Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. X.Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,  araşdırma aparılır.


23:20

Şəmkir rayonunda qətl hadisəsi baş verib.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yerli sakin Ruslan Nağıyev bıçaqlanıb.

O, aldığı xəsarətdən ölüb. 

Hadisə zamanı daha bir sakin - Xaliq Nağıyev bıçaqlanıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin başvermə səbəbi və təfərrüatı araşdırılır. 

Son xəbərlər

Orphus sistemi