Şəmkirdə qəbiristanlıqdan güldan oğurlayan şəxslər saxlanılıblar

Hadisə
  • 13 noyabr, 2019
  • 09:04
Şəmkirdə qəbiristanlıqdan güldan oğurlayan şəxslər saxlanılıblar

Şəmkirdə qəbiristanlıqdan bir neçə güldan oğurlanıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılan güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılmış 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.

44 filmi