Şəmkirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə
  • 18 dekabr, 2019
  • 07:01
Şəmkirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Şəmkirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 14-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Telman Şıxməmmədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Əliyaqublu kənd sakini İ.Mustafayev saxlanılıb.

44 filmi