Şəmkirdə minik avtomobili yanıb

Şəmkirdə minik avtomobili yanıb Şəmkir rayon Zəyəm qəsəbəsində minik avtomobili yanaraq yararsız hala düşüb.
Hadisə
16 Avqust , 2020 10:17
Şəmkirdə minik avtomobili yanıb

Şəmkir rayon Zəyəm qəsəbəsində minik avtomobili yanaraq yararsız hala düşüb.

Reportun Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mobil Telman oğlu Mərdanova məxsus QAZ-24 markalı avtomobil hələ ki, dəqiq məlum olmayan səbəbdən yol kənarında olan zaman alışıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın söndürülsə də avtomobil yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.  

Fakta bağlı araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi