Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub - FOTO

Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub - FOTO Yanğının baş verməsinin səbəbləri araşdırılır
Hadisə
16 Dekabr , 2016 12:50
Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub - FOTO

Şəmkir. 16 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib. 

"Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində məskunlaşan məcburi köçkün Əkbər Sovet oğlu Ələkbərova məxsus təsərrüfatda baş verib.

Yanğın zamanı Laçın rayonundan olan məcburi köçkünün tövləsində olan 67 baş iribuynuzlu mal-qara yanaraq tələf olub.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi