Şəmkirdə iki qardaş bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB - ƏLAVƏ OLUNUB

Şəmkirdə iki qardaş bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır.
Hadisə
29 Noyabr , 2018 20:43
Şəmkirdə iki qardaş bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB - ƏLAVƏ OLUNUB

Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


*** 19:42

Şəmkir rayonunda 2 nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

 
*** 19:28

Hazırda şəxsiyyəti dəqiqləşdirilən digər yaralı isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.  

Hadisənin başvermə səbəbi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi