Şəmkirdə iki qardaş bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB - ƏLAVƏ OLUNUB
- 29 noyabr, 2018
- 16:43
Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
*** 19:42
Şəmkir rayonunda 2 nəfər bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
*** 19:28
Hazırda şəxsiyyəti dəqiqləşdirilən digər yaralı isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.
Hadisənin başvermə səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.