Şəmkirdə həmyerlisinə silahla xəsarət yetirən şəxs saxlanıldı
Hadisə
- 05 may, 2020
- 07:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda silahlı insidentlə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb, A.Muradov isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
16:39
"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxunub
Hadisə
16:37
Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun dəyişəcək
İnfrastruktur
16:35
Putin: Yeni Avropa təhlükəsizlik strukturunun qurulması qarşısında dəf edilməz əngəllər yoxdur
Digər ölkələr
16:33
ABŞ-nin hərbi helikopteri Yaponiyada qəza enişi edib
Digər ölkələr
16:29
Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib
Hadisə
16:29
Antisemitizmə yenidən yoluxan Fransa – tarixdən ibrət almayan Avropa
Analitika
16:24
10 ay ərzində narkotiklə bağlı 4 731 nəfər tutulub, 60-ı əcnəbidir
Hadisə
16:22
Bu ilin 10 ayı ərzində 265 milyon manatlıq narkotik aşkarlanıb
Hadisə
16:22
Foto
"Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq
Hərbi