Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB

Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB Hadisə axşam saatlarında baş verib
Hadisə
14 Sentyabr , 2017 01:28
Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB
Report

Şəmkir. 14 sentyabr. REPORT.AZ/ Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1998-ci il təvəllüdlü Musayev Çingiz Gündüz oğlu xəstəxanada keçinib.


***21:30

Şəmkir. 13 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Çingiz Gündüz oğlu Musayev yolu keçmək istəyən zaman baş verib.

Ağır kəllə-beyin travması alan piyada hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncədəki özəl xəstəxanaların birinə aparılıb.

Fakta bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi